ABŞ-ın Beynəlxalq
Din Azadlığı Komissiyası Qazaxıstanda dinlə bağlı qanun layihəsindən narahat
olduğunu bildirib. Komissiyanın bu gün açıqladığı bəyanatında deyilir ki, əgər
qanunvericilər bu qanun layihəsini qəbul etsələr, yeni qanun din azadlığı da
daxil olmaqla insan haqlarının qorunmasının kifayət qədər zəifləməsinə gətirib
çıxaracaq. Layihə bütün dini qruplara yeni qeydiyyat tələbi təqdim edir, ölkədə
fəaliyətinə icazə verilən dini icmaların sayının azaldılmasını və qeydiyyatdan
keçməmiş dini qrupların üzvlərinə qarşı cərimələri artırmağı nəzərdə tutur. ABŞ
komissiyasının sədri Felis Qaer deyir ki, yeni qanun Qazaxıstanın ayrıseçkilik
və düşüncə, vicdan, dini və etiqad azadlığı barədə beynəlxalq öhdəliklərini
təhlükə altına atır. Onun sözlərinə görə, Qazaxıstan xüsusilə 2010-cu ildə ATƏT
sədrliyinə yiyələnməyə hazırlaşdığı bir dövrdə azadlıqları inkişaf
etdirməlidir.