Accessibility links

Üç şiə nazir İraq hökumətinə qayıdır


İraq parlamenti 3 sünni nazirin baş nazir Nuri Əl-Malikinin şiələrin üstünlük təşkil etdiyi hökumətinə qaytarılmasını təsdiq edib. Bu milli barışığa təkan verir. Parlament keçən il şiə bloku hökuməti tərk edən zaman yaranan boşluğu doldurmaq məqsədi ilə nazirlərin əlavə olunmasının səsverməyə qoyub. İraqın Razılıq Cəbhəsi kimi tanınan sünni bloku da adrıcıl siyasi ziddiyyətlərdən sonra keçən il hökuməti tərk etmişdi. Bununla yanaşı, İraq rəsmiləri deyir ki, Böyük Britaniya baş naziri Qordon Braun bu gün iraqlı həmkarı Nuri Əl-Maliki və başqa liderlərlə danışıqlar aparmaq üçün Bağdada gedib. Rəsmilərin sözlərinə görə, nazir görüşündən istifadə edərək, əsasən 4 min Böyük Britaniya qoşununun yerləşdirildiyi Bəsrə şəhərində İraq iqtisadiyyatına yatarımlar qoyulmasına təzyiq göstərəcək.

XS
SM
MD
LG