Accessibility links

“Millenium inkişafı” proqramı təhlükə altındadır


BMT-nin baş katibi ban Gi Mun artmaqda olan ərzaq və yanacaq qiymətlərinin 2015-ci ilədək yoxsulluq və aclıq səviyyəsinin yarıya endirilməsini qarşıya məqsəd qoyan “Millenium inkişafı” proqramını təhlükə altına qoyduğunu deyib. Baş katib deyib ki, kənd təsərrüfatı və fermaçılıq mallarının istahsalının inkişafı üçün illik xərc 25-40 milyard dollar təşkil edəcək. Buna görə beynəlxalq ictimaiyyət təcili ölçülərə əl atmaqla insanları bu təhlükədən xilas etməlidir-deyə o bildirib. BMT-nin baş katibi ban Gi Mun xəbərdarlıq edib ki, ölçülər götürülməsə, 100 milyon insan aclıqla üzləşəcək. Bu isə öz növbəsində siyasi sabitsizlik, miqrasiya artımı, qlobal inflyasiya və iqtisadi tənəzzüllərə yol açacaq.

XS
SM
MD
LG