Əfqanıstanın
Qəndəhar vilayətinin Meyvənd mahalında yol kənarına yerləşdirilmiş bomba
partlayışı nəticəsində azı 4 polisin
həlak olduğu və birinin isə yaralandığı bildirilir. Qəndəhar vilayətinin başqa
bir hissəsisndə polis maşını karvanının yaxınlığında intiharçı hücumu
nəticəsində bir polis yaralanıb. Bu
arada Fransanın müdafiə naziri Herve Morin Fransa və Əfqan hərbi qüvvələrinin
yüksək rütbəli zabitlərilə görüşmək üçün
gözlənilmədən Kabilə səfər edib.
Cənab Morinin Kabil yaxınlığındakı Kapisa vilayətində xidmət edən təqribən 700
Fransa əsgərlərilə görüşəcəyi gözlənilir. Onun bu səfəri Əfqanıstanın
mərkəzində yerləşən Nili qəsəbəsində Fransanın iki humanitar yardım işçisinin
girov götürülməsindən bir gün sonraya təsadüf edir.