Accessibility links

Yaraqlılar britaniyalı əsirdən intiharçı kimi istifadə edib


Beş britaniyalını girov götürdüyü ehtimal olunan yaraqlılar bu gün açıqladıqları videoda əsirlərdən birindən intiharçı hücumunda istifadə olunduğu deyir. Böyük Britaniya qəzeti “Sunday Times” bildirir ki, onların Bağdaddakı ofisinə şiə yaraqlı qrupdan video lent daxil olub. Həmin videoda bildirilir ki, əsirlərdən biri Britaniya hökumətini onların azad olunmasını ciddiyə almamaqda və ləngitməkdə ittiham edərək may ayında intiharçı hücumunu həyata keçirib. Britaniya baş naziri Qordon Braun deyir ki, bu, çox kədərləndirici hadisədir. Qeyd edək ki, Böyük Britaniya kompüter eksperti və onun 4 cangüdəni keçən ilin may ayında İraq Maliyyə Nazirliyinin ofisinə gedən zaman oğurlanmışdılar.

XS
SM
MD
LG