Accessibility links

İspaniyada 4 partlayış olub


İspaniyanın şimal hissəsindəki kurort zonasında 4 bomba partlayışı bəzi mülklərin dağılması ilə nəticələnsə də, ölən və ya yaralananların olmadığı bildirilir. Polis deyir ki, partlayışdan öncə Bask separatçılarının adından zəng edən bir şəxs hücum barədə xəbərdarlıq edib. Polisin bildirdiyinə görə, 2 partlayış bu gün səhər saatlarından kurort şəhəri olan Laredoda, digər ikisi isə Noha şəhəri yaxınlığındakı istirahət mərkəzində baş verib. Həbslər barədə məlumat verilmir. Silahlı Bask separatçıları qrupu ETA İspaniyanın şimalında və Fransanını cənub-qərbində müstəqil Bask dövlətinin yaradılması üçün 40 ildir ki, silahlı kampaniya aparır. Münaqişə nəticəsində 820-dən çox insan həlak olub.
XS
SM
MD
LG