ABŞ-ın
Kubadakı Quantanamo həbsxanasının hərbi məhkəməsində “Düşmən döyüşçü”
adlandırılan terrorçuluqda ittiham olunanlara qarşı ilk məhkəmə prosesi
başlayıb. Bu gün sui-qəsd hazırlamaq və terrorçulara lazımı materiallar
çatdırmaqda ittiham olunan Səlim Hamdana qarşı məhkəmə prosesi başlayır.
Yəmənli şübhəli təqsirli bilinərsə, onu ömürlük həbs cəzası gözləyir. Hamdanın
vəkili deyir ki, Səlim Əl-Qaidə lideri Osama Bin Ladenin sürücüsü olmasına baxmayaraq,
heç bir terror fəaliyyətlərində iştirak etməyib. İttihamçı tərəf onun
Əl-Qaidənin daxili çevrəsi ilə yaxın əlaqələrinin olduğunu bildirir və onu
2001-ci il 11 sentyabr hadisələrindən sonra Bin Ladenin qaçmasına kömək etməkdə
ittiham edir.