Bu gün ABŞ prezidenti Ağ Evdə Kosovo prezidenti Fatmur Sejdyu və baş nazir Haşim Taçini qəbul edir. Bu, Kosovo liderlərinin fevral ayında Kosovonun müstəqilliyini elan etmələrindən sonra Amerikaya ilk səfərləridir. ABŞ prezidenti Corc Buş Kosovo hökumətinə dəstək verdiyini bildirəcək.
Human Rayts Votç qrupu bildirir ki, Amerikanın dövlət başçısı bu görüşdən istifadə edib, Kosovoda insan hüquqları sahəsində vəziyyətin normallaşdırılmasını tələb etməlidir. Human Rayts Votç Kosovonun ədliyyə sisteminin lazımi fəaliyyət göstərmədiyini və müntəzəm şəkildə siyasi və etnik zorakılıqların təşkilatçılarının cəzasız qalmasına yol verdiyini bildirir.