Accessibility links

Kondoliza Rays İranın ciddilik nümayiş etdirmədiyni deyib


ABŞ dövlət katibi Kondoliza Rays İranın Cenevrə danışıqları zamanı ciddilik nümayiş etdirmədiyni deyib. Birləşmiş Ərəb Əmirliklərindən qayıdarkən müxbirlərlə danışan xanım Rays İranın nüvə fəaliyyətlərini dayandırması qarşılığında həvəsləndirici təkliflər paketinə iki həftə ərzində ciddi cavab verməli olduğunu deyib. ABŞ dövlət katibi bildirib ki, əməkdaşlıq etmədiyi təqdirdə İranı daha sərt sanksiyalar gözləyir.

XS
SM
MD
LG