Accessibility links

Sabiq Bosniya Serb lideri Radovan Karadiç Haaqa hərbi tribunalına təhvil veriləcək


Serbiya sabiq Bosniya Serb lideri Radovan Karadiçi Haaqa hərbi tirubunalına təhvil verəcək. Serbiya rəsmiləri hakimin ekstradisiya şərtlərinin bütövlüklə qarşılandığını bildirir. Genosid və bəşəriyyətə qarşı cinayətkarlıqda ittiham edilən Karadiç 12 ildən artıqdır ki, axtarışda idi və onun apelyasiya üçün üç gün möhləti var. Karadiç Serbiyanın təhlükəsizlik qüvvələri tərəfindən dünən Belqradda həbs edilib. Karadiç Belqradda başqa ad altında xalq təbabəti sahəsidnə çalışırdı. Karadiç 1990-cı illərdə Bosniya müharibəsi zamanı minlərlə -qeyri-serbin qətlinə göstəriş verməkdə ittiham edilir.

Avropa Birliyinin rəsmiləri Radovan Karadiçin həbsinin Serbiyanın quruma üzvlüyünə yol aça biləcəyini deyiblər. 27 ölkənin daxil olduğu blokun xarici işlər nazirləri Brüssel yığıncağı zamanı Karadiçin həbsini üzvlüyə doğru mühüm addım kimi qiymətləndiriblər.

XS
SM
MD
LG