Accessibility links

Fələstinlilərin prezidenti Qüdsdə israilli həmkarı ilə görüşür


İlk dəfə olaraq fələstinlilərin prezidenti Mahmud Abbas İsrail prezidenti ilə onun Qüdsdəki iqamətgahında görüşür. Rəsmilərin sözlərinə görə, Mahmud Abbas və Şimon Peres arasında bugünkü tarixi danışıqlar sülh prosesinin inkişaf etdirilməsi və birgə iqtisadi layihələr üzərində mərkəzləşir. Fələstinli lider həmkarına deyib ki, o, İsrailin hərbi reydləri davam etdirməsi səbəbilə İordan çayının qərb sahilinin bəzi hissələrindən polis qüvvələrini geri çağıra bilər. Qərb sahilinin bəzi hissələrində təhlükəsizlik qüvvələrini yerləşdirməsinə baxmyaraq, Cənab Abbas deyib ki, İsrailin reydləri onun səlahiyyətlərini və siyasi mümkünlüyünü təhlükə altına atır.

XS
SM
MD
LG