Accessibility links

Venesuela prezidenti Hüqo Çavez Rusiyaya səfər edir


Venesuela prezidenti Hüqo Çavez bu gün Moskvaya gedib. Səfər zamanı onun Rusiya ilə münasibətləri möhkəmləndirəcəyi və silah-sursat alacağı gözlənilir. Cənab Çavez Moskvada ikən Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putinlə görüşəcək. Rus mediasınn məlumatına görə alınacaq silahın dəyəri 1 milyard dollardan çox ola bilər. Karakas son illərdə Moskvadan 4 milyard dollar həcmində hərbi ləvazimat alıb. Venesuela prezidenti habelə hərbi və biznes liderləri ilə görüşəcək.

XS
SM
MD
LG