Accessibility links

Radovan Karadiç müharibə cinayətləri tribunalında özünü müdafiə edəcək



Radovan Karadiçin vəkili deyib ki, keçmiş Bosniyalı Serb lideri BMT-nin Müharibə Cinayətləri tribunalı qarşısında özünü müdafiə etməyi planlaşdırır. Vəkil Svetozar Vuyaçiç bir hüquqşünaslar heyyətinin də Karadiçin məhkəmə üçün hazırlaşmasına kömək edəcəyini deyib.

Keçmiş Bosniyalı Serb liderin vəkili onun Haaqa müharibə cinayətləri tirubunalına təhvil verilmə qərarının apelyasiya ediləcəyini bildirib.Genosid və bəşəriyyətə qarşı cinayətkarlıqda ittiham edilən Karadiç 12 ildən artıqdır ki, axtarışda idi. Karadiç Serbiyanın təhlükəsizlik qüvvələri tərəfindən bazar ertəsi günü Belqradda həbs edilib.

Karadiç Belqradda başqa ad altında xalq təbabəti sahəsində çalışırdı. Karadiç 1990-cı illərdə Bosniya müharibəsi zamanı minlərlə qeyri-serbin qətlinə göstəriş verməkdə ittiham edilir. BMT-nin müharibə cinayətləri tirubunalı onu Bosniya xorvatları və müsəlmanlarının qətli, zorlanması və onlara işgəncələr verilməsində günahlandırır.

XS
SM
MD
LG