Accessibility links

İran prezidenti nüvə fəaliyyətlərinin dayandırılmayacağını bildirib


İran prezidenti Mahmud Əhmədinejad beynəlxalq təzyiqlərə baxmayaraq nüvə fəaliyyətlərinin dayandırılmayacağını bildirib. Prezident deyib ki, zülmkar qüdrətlərin səyləri İranı nüvə texnologiyası əldə etmək niyyətindən çəkindirməyəcək. Mahmud Əhmədinejad ABŞ-ın iyul ayının 19-u müzakirələr üçün Cenevrəyə nümayəndə göndərməsini alqışlamış və bunun Amerikanın beynəlxalq imecinə müsbət təsiri olacağnı deyib. İranın cənub-qərb şəhəri Yasucda minlərlə insan qarşısında çıxış edən prezident bidlirib ki, bizimlə müzakirə etmək istəyən tərəf bəzə şərt qoya bilməz. Bu həftənin əvvəllərində ABŞ dövlət katibi Konsdoliza Rays İranın uran zənginləşdirilməsi proqramını dayandırmasa, daha sərt sanksiyalarla üzləşəcəyini demişdi. Xanım Rays İranın nüvə fəaliyyətlərinin dayandırılması qarşılığında ona təqdim edilən həvəsləndirici təkliflər paketinə ciddi cavab verməli olduğunu deyib.

XS
SM
MD
LG