Accessibility links

İsrail Qərb Sahilində tikinti işlərini bərpa edəcəyini bildirib


İsrail hökuməti İordan Çayının Qərb Sahilində mübahisəli yaşayış məntəqələrinin inşasını davam etdirmək planını həyata keçirəcəyini bildirib. Hökumət rəsmiləri bu gün bildiriblər ki, İsrail İordan vadisindəki Maskiot məntəqəsində, keçmiş hərbi bazanın olduğu yerdə 20 ev tikməyə hazırlaşır. İsrail hökuməti bu planı hələ 2006-cı ildə həyata keçirmək istəyirdi, lakin beynəlxalq
təzyiqlər onu geri çəkilməyə məcbur etmişdi.

Fələstin müzakirəçisi Saib Erekat yaşayış məntəqəsi barədəki qərarı qınamış və demişdir ki, bu, Birləşmiş Ştatlarla sülh danışıqlarınına mənfi təsir göstərə bilər.

XS
SM
MD
LG