Accessibility links

İraq prezidenti Cəlal Talabani vilayət seçki qanununu rədd edib


İraqın prezident şurası oktyabr ayında keçiriləcək qalmaqallı vilayət seçki qanununu rədd edib. O, vilayətlərə dair seçki qanununun layihəsinə etiraz edərək, onu yenidən parlamentə göndərib. İraqın kürd prezidenti Cəlal Talabani və şiə təriqətli vitse prezidenti Adil Əbdül Mehdi dünən seçkil planını rədd etmişlər. Cənab Talabani demişdir ki, qanun layihəsinə 275 yerlik parlamentin yarısından çoxu səs verməyib. O, eləcə də qanunvericiləri neftlə zəngin Kərkük şəhərində seçkilərlə bağlı parlament prosedur qaydalarının pozulmasında günahlandırıb.

XS
SM
MD
LG