Accessibility links

Corc Buş:" Dünya  saxta proteksionizmdən müdafiə edilməlidir"


ABŞ prezidenti Corc Buş Ronald Reyqan binası və Beynəlxalq Ticarət Mərkəzində azadlıq mövzusunda nitq söyləyib. Prezident deyib ki, gələcək prezidentlər və gələcək Konqres nümayəndələri qapıları azad ticarətə açıq saxlamalı və dünyanı saxta proteksionizmdən müdafiə etməlidir. Prezident Buş deyib ki, bir vaxtlar qərbi Avropaya təhlükə olan Varşava paktı alyansının üzvləri indi NATO-ya qoşulub. ABŞ-ın dövlət başçısı azadlığın qüdrətinə inandığını deyib. O bildirib ki, azad cəmiyyətlər terroristlərə sığınacaq vermir. "Azad cəmiyyətlər dinc və sülhsevər cəmiyyətlərdir. Amerika Birləşmiş Ştatları azadlığa dəstək sahəsində dünyadakı aparıcı rolunu davam etdərəcək" -deyə Amerika prezidenti Corc Buş bildirib.

XS
SM
MD
LG