ABŞ dövlət katibi Kondoliza Rays Pakistanı sərhəd bölgələrdən
Əfqanıstana hücum edən yaraqlılara qarşı mübarizənin
kəskinləşdirilməsinə çağırıb. Bu gün Avstraliyanın Pert şəhərində
müxbirlərlə danışan xanım Rays deyib ki, yaraqlılara hücumlarını
planlaşdırıb, onları həyata kecirmələrinə yol verilməməlidir.
Avstraliyanın xarici işlər naziri Stefen Smit də dövlət katibinin
dediklərini dəstəkləyərək, sərhəd regionunu terrorizmlə mübarizənin
qaynar nöqtəsi adlandırıb. Qeyd edək ki, Avstraliyanın Əfqanıstanda
minə yaxın əsgəri qüvvəsi xidmət göstərir. ABŞ dövlət katibi Kondoliza
Rays İsrail və Fəsəltin sülh prosesinə gəldikdə, tərəflərin ilin
sonundək razılıq əldə etmək üçün vaxtları olduğunu deyib.