Accessibility links

Almaniyanın xarici işlər naziri Əfqanıstanın Herat şəhərinə səfər edib


Əfqan rəsmiləri bildirirlər ki, NATO və əfqan hərbi qüvvələri Qəzni vilayətinin Acristan mahalında 40-dan çox yaraqlını öldürüblər. Rəsmilərin dediyinə görə yaraqlılar Acristan mahalını bazar ertəsi ələ keçiriblər. Əfqan rəsmiləri həmçinin bildirirlər ki, Helmənd vilayətində polis yoxlanış məntəqəsinə hücum edən 3 yaraqlı öldürülüb. Bu arada Almaniyanın xarici işlər naziri Frank-Volter Ştaynmayer gözlənilmədən Əfqanıstanın Herat şəhərinə səfər edib. Onun Herat şəhərinin su rezervuarının yenidən inşasını əfqan rəsmilərinə həvalə edəcəyi gözlənilir.

XS
SM
MD
LG