Taliban yaraqlılarının təxminən iki həftə öncə Pakitanın şimal qərb bölgəsindən girov götürdükləri onlarla rəsmi şəxsdən 8-ni azad etdikləri bildirilir. Pakistan rəsmilərinin dediklərinə görə, girovların azad edilməsi tayfa ağsaqqalıları ilə Taliban yaraqlıları arasında gedən danışıqların nəticəsidir. Bu, hökumət qüvvələrinin Hanqu qəsəbəsinin yaraqlılardan təmizlənməsi əməliyyatını dayandırmasından bir gün sonraya təsadüf edir. Tayfa ağsaqqalları Talibananın həbsdə olan komandirlərinin müavini Beytulla Məhsud daxil olmaqla, bir sıra üzvünün azad edilməsi üçün girovlardan vasitə kimi istifadə etdiyini deyirlər.