Venezuela lideri Huqo Çavez Avropa səfərinin
son dayanacağı olan İspaniyadadır. O, bugün İspaniya kralı Xuan Karlosla
görüşüb. Bu görüş ona bir il əvvəl İspaniya baş nazirini faşist adlandırandan
sonra gərginləşən münasibətləri yaxşılaşdırmaq imkanı verir. Keçən il baş verən
insident zamanı Xuan Karlos Huqo Çavezə "sus" deyə qışqırmışdı. Bugünkü görüş zamanı Huqo Çavez və İspaniya kralı əl sıxışaraq
zarafatlaşıblar. Münasibətlərin yaxşılaşmasına baxmayaraq səhər yeməyi zamanı
iki rəhbər arasında kiçik bir gərginlik
hiss olunsada, bir il öncə baş vermiş
insident kənarda qalıb.