ABŞ
prezidentliyinə demokrat namizəd Barak Obama özünün xarici səfərlərinə haqq
qazandıraraq bunun Amerikanın müttəfiqləri ilə problemlərin həllində mühüm
addım olduğunu deyib. Obama bu şərhləri
Böyük Britaniya baş naziri Qordon Braunla 2 saatlıq görüşdən sonra verib. Həmin görüşdə Obama iki ölkə arasındakı
münasibətləri, qlobal iqlim dəyişikliyini və beynəlxalq terrorizmi müzakirə
ediblər. Britaniya Obamanın Avropa və Yaxın
Şərqə səfərinin sonuncu dayanacağıdır. Səfərin
məqsədi Obamanın xarici siyasət sahəsində təcrübəsini genişləndirməkdir. Bu gün erkən saatlarda Obama sabiq baş nazir
Toni Bleyerlə səhər yerməyi yemiş və Mühafizəkarlar Partiyasının lideri Devid
Kameronla görüşmüşdür.