ABŞ prezidenti Corc
Buş deyir ki, o, dünyada AİDS və başqa xəstəliklərlə mübarizə proqramlarına
ayrılan vəsaitin 3 dəfə artırılması üçün qanun layihəsinin imzalanmasına
çalışacaq. Prezident Buş bu gün həftəlik radio müraciətində Konqresi qanun
layihəsinin qəbuluna çağırıb. Bu layihə 5 il ərzində 48 milyard dollar vəsaitin
təminatını nəzərdə tutur. Ağ Ev sahibi Saharaaltı Afrika ölkələrində proqramın
uğurlarını vurğulayıb. Onun sözlərinə görə, proqram 1.7 milyon insanın
müalicəsini himayə edir. Prezident bildirib ki, maliyyənin çoxaldılması AİDS
xəstəliyinə səbəb olan HİV-nin milyonlarla yeni infeksiyasının qarşısını alır.
Cənab Buşun qanunu gələn həftə imzalayacağı gözlənilir