Accessibility links

Istanbulda həyata keçirilən bomba partlayışları 17 nəfərin ölümünə səbəb olub


Türkiyə rəsmilərinin bildirdiyinə görə, dünən İstanbulun Güngörən məhəlləsində, bir çox mağazaların yerləşdiyi küçədə həyata keçirilən iki bomba partlayışı 17 nəfərin ölümünə səbəb olub. Partlayışlar nəticəsində 150 nəfərdən çox adamın da yaralandığı bildirilir. Rəsmilər bir o qədər də güclü olmayan birinci bombanın telefon butkasını dağıtdığını, ondan bir neçə dəqiqə sonra isə daha güclü ikinci partlayışın baş verdiyini deyirlər. Bombaların ikisinin də zibil qutularına yerləşdirildiyi bildirilir.

Partlayışların məsuliyyətini üzərinə götürən olmasa da, yerli qəzetlər polisin bomba hücumlarını kürd yaraqlıları tərəfindən həyata keçirildiyindən şübhələndiyini yazırlar.

Türkiyə prezidenti Abdulla Gül hücumları qınamış və bu hücumlarda əli olanları qəddar və amansız terroristlər adlandırmışdır.

XS
SM
MD
LG