Accessibility links

Pakistanda 30 təhlükəsizlik əməkdaşı əsir götürülüb


Taliban yaraqlıları Pakistanın şimal-qərbində 30 təhlükəsizlik əməkdaşını oğurlayıb. Hadisə regionda 3 kəşfiyyat agenti öldürüləndən bir gün sonra baş verib. Təhlükəsizlik rəsmiləri deyir ki, yüzlərlə yaraqlı Svat vadisinin Matta şəhərinə yaxın Kabal ərazisindəki polis məntəqəsinə hücum edəndən sonra polis zabitləri və yarım-hərbi əsgərlər əsir götürülüb. Yaraqlıların sözçüsü faktı təsdiq edərək deyib ki, təhlükəsizlik qüvvələrinə təslim olmadıqları təqdirdə öldürüləcəkləri bildirilib. Dünən isə Svat Vadisinin əsas şəhəri olan Minqorada Talibanyönlü yaraqlılar 3 təhlükəsizlik agentini öldürüblər. Yerli radikal dini lider Mövlana Fəzlullanın başçılıq etdiyi qrupun sözçüsü agentlərin həbsdəki yaraqlıların fiziki işgəncələrə məruz qalmasına cavab olaraq öldürüldüyünü bildirib.

XS
SM
MD
LG