BMT
Təhlükəsizlik Şurası Gürcüstandakı vəziyyətlə əlaqədar bağlı qapı arxasında
ikinci raund danışıqlara başlayıb.
Şuranın bugünkü sessiyası Gürcüstan hökuməti ilə Rusiyanın himayə etdiyi
Abxaz və Cənubi Ossetiya separatçıları arasında cərəyan edən gərginliklə bağlı
bir ay ərzində ikinci danışıqlardır.
Təhlükəsizlik Şurasının iclasından öncə Cənubi Osetiya separatçıları ilə
gürcü qüvvələri arasında atışmanın baş verdiyi haqda xəbər yayılıb. Tərəflər toqquşmaya görə bir-birini ittiham
ediblər. Ötən həftə Gürcüstan Rusiyanı
öz ərazisinə hərbi təyyarə göndərməkdə ittiham edən qətnamə layihəsi təqdim
edib.