Accessibility links

ABŞ prezidenti Konqresi ölkə daxilində neft istismarına dair qanunun təsdiqinə çağırıb


ABŞ prezidenti Corc Buş bir daha Konqresi yüksək neft qiymətlərinə görə ölkə daxilində neft istismarına dair qanunun təsdiqinə çağırıb. Ağ Evdə danışan prezident deyib ki, Offşor neft hasilatına qoyulan qadağanın ləğvi 18 milyard barrel neft istehsalına yol aça bilər. Prezident Konqresin demokrat liderlərini avqust ayı tətilindən əvvəl qanunla bağlı səsvermə keçirilməsinə çağırıb. Demokratların əksəsriyyəti ölkə daxilində neft istismarının yüksək qiymətlərə təsirinin illərlə vaxt aparacağını deyir.

XS
SM
MD
LG