Accessibility links

Makkeynin yeni reklamı siyasi nüvə hücumu kimi qiymətləndirilib


Makkeynin seçki kampaniyasının yeni reklamı siyasi nüvə hücumu hesab edilir. Burada Barak Obamanın ölkəni idarə etmək üçün Britni Spirs və Paris Hiltonla müqayisədə daha zəif şəxsiyyət olduğu deyilir. Çərşənbə günü yayımlanan bu reklamda Barak Obamanın ən böyük ulduz olduğu deyilir. Lakin o, ölkəni idarə etməyə hazırdırmı. "Yüksək vergilər, xarici neftdən asılılıq, Barak Obamanın əsl siması budur" -deyə, reklamda ABŞ prezidenrtliyinə demokrat namizəd “yüngülçəkili məşhur” kimi qələmə verilir.

Barak Obama kampaniyası isə reklamı respublikaçı namizəd Con Makkeynin neqativliyinə əyani sübut kimi qiymətləndirib.

XS
SM
MD
LG