Accessibility links

Çin prezidenti Olimpiya Oyunları ilə bağlı açıqlama verib


Çin prezidenti Hu Cintaonun sözlərinə görə, Pekin Olimpiya Oyunları ölkənin insan haqları üzrə göstəricilərinə dair şikayətləri əks etdirən siyasi foruma çevrilməməlidir. Bu gün xarici jurnalistlərə nadir açıqlamalarından birini verən cənab Hu deyib ki, müxtəlif millətlərin nümayəndələrinin məsələ ilə razılaşmaması labüddür. Ancaq Çin liderinin sözlərinə görə, siyasətin müzakirəyə çıxarılması Olimpiya əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Hu habelə əlavə edib ki, oyunların iqtisadi və mənəvi təsirləri qarşıdakı illərdə də Çində qalacaq. Çin prezidenti ölkəsinin günəş enerjisi də daxil olmaqla elmi və texniki innovasiyalardan istifadə etdiyini bildirib.

XS
SM
MD
LG