Accessibility links

Xaricdə təhsil alan amerikalıların sayı artır


Bir neçə il əvvəl Konqresin təsis etdiyi komissiya 2017-ci ilə kimi bir milyon tələbənin xarici göndərilməsini qarşıya məqsəd qoyub. İnstitut deyir ki, xaricdə təhsil proqramlarının artması tələbələrin bir illik tədrisdən çox, qısa müddətli təhsili seçməsinin nəticəsidir. Xaricdə təhsil almaq istəyən amerikalı tələbələrin yarıdan çoxu Avropada təhsilə üstünlük verir. Ancaq bu göstərici əvvəlki illərlə müqayisədə azalıb. Son illərdə Asiya, Latın Amerikası, Afrika və Yaxın Şərqə marağın artdığı müşahidə edilir. 2001-ci ildən bəri Nyu-York Universiteti xaricə ən çox tələbə göndərən tədris ocağıdır. Universitet Argentina, Çin, Qana və Avropanın bir çox ölkələrində dərslər təklif edir. Bu payızda həmin universitetdən 960-dan çox tələbə xaricə oxumağa gedəcək. Onların ən çoxu – 400-ü İtaliyanın Florensiya şəhərində təhsillərini davam etdirəcək.

Orada əsasən yerli müəllimlər 50-yə yaxın kurs keçir. Ən az tələbə - 26 nəfər isə cəmi 8 kursun təklif olunduğu Almaniyanın Berlin şəhərinə gedir.

Pensilvaniyanın Pitsburq şəhərindən 19 yaşlı Ayla Şermer Nyu York Universitetinin biznes ixtisası üzrə 2-ci kursunda oxuyur. O, yanvarda başlayacaq yaz semestrini xarici ölkədə oxumaq istəyir. Ayla gedəcəyi ölkəni sentyabrda seçməlidir. Aylanın sözlərinə görə, seçəcəyi kurs qiymətdən və yerdən asılı olacaq. Dərslər 8 min dollardan baha olsa da, buraya nəqliyyat və ev daxil deyil.

Kris Nikolussi Nyu-york Universitetində Qlobal Proqramlar İdarəsində tələbə xidmətləri üzrə direktordur. Onun sözlərinə görə, ev qiymətləri proqramdan proqrama dəyişir. Bəzi yerlər yataqxanalar təklif etsə də, digər proqramlarda tələbələr ya yerli ailələrdə ya da ki, kirayə evlərdə qalırlar. Avronun ABŞ dolları ilə müqayisədə güclənməsi Avropanı Argentina kimi yerlərdən daha baha edir. Ancaq Kris Nikolussi deyir ki, Avropa proqramlarında tənəzzül görünmür. Bununla yanaşı, o, tələbələrin universitetin təşkil etdiyi daha ucuz proqramlarla maraqlandıqlarını deyir.

O söyləyir ki, indi tələbələr xaricə getməmişdən öncə xərclərinə necə nəzarət edəcəklərini bilmək istəyirlər.

XS
SM
MD
LG