Bu gün İranın uran zənginləşdirilməsinin dayandırılması müqabilində beynəlxalq həvəsləndirici təkliflər paketinə cavab verməsinə qoyulan möhlət başa çatır. İki həftəlik möhlət ABŞ, Britaniya, Çin, Fransa, Almaniya və Rusiya tərəfindən iyul ayının 19-da təyin edilmişdi. Amerika və Avropanın bu möhləti nə qədər ciddi qəbul etdiyi bəlli deyil. İran isə bu həftənin əvvəllərində verilən möhlətin dəqiq olmadığını bildirmişdi. Dünən İsrailin Vaşinqtonda səfərdə olan baş nazir müavini Şaul Mofaz demişdi ki, Qərb liderləri qoyulan möhlətə vaxtında cavab verilməsini tələb etməlidir.