İran
prezidenti Mahmud Əhmədinejadın sözlərinə görə, onun ölkəsi dünyanın qüdrətli
dövlətləri ilə nüvə məsələsinə dair mübahisənin diplomatik yolla həll
olunmasını istəyir. Cənab Əhmədinejad dövlət telekanalına bildirib ki, rəsmi
Tehran nüvə danışıqlarına ciddi yanaşır və qarşı tərəfin də eyni addımı
atacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın
təklif etdiyi yardım paketinə cavab vermək üçün təyin olunan qeyri-rəsmi
möhlətin vaxtı dünən sona çatdı. İran hələ öz dəqiq cavabını verməyib, lakin
Avropa Birliyi İranın cavab vermək üçün
bir neçə günü vaxtı olduğunu bildirib. Dünən axşam Suriya prezidenti Bəşər
Əl-Əsədlə görüşən İran prezidenti ölkəsinin nüvə hüquqlarından imtina
etməyəcəyini bildirib.