Əfqanıstan
paytaxtı Kabil yaxınlığında xarici qüvvələrə məxsus hərbi maşın yol kənarı
bombaya dəyib. ABŞ-ın başçılıq etdiyi koalisiya rəsmiləri bildirirlər ki,
bugünkü hücum zamanı 1 əsgər həlak olub. Həlak olan şəxsin milliyyəti barədə
açıqlama verilməyib. Dünən başqa bir zorakılıq aktında isə Qəndəhar vilayətində
toya gedən insanları aparan avtobus minaya düşüb. Bəy və gəlin də daxil olmaqla
10-dan çox insan həlak olub. Bununla yanaşı, keçən ay Əfqanıstanın mərkəzi
hissəsində əsir götürülən 2 fransız yardım işçisi azad edilib. Onların
çalışdığı Aclıqla Mübarizə Təşkilatı işçilərin səhhətinin yaxşı olduğunu
bildirib. Hazırda qurum girovluqdan azad edilən işçilərini Fransaya aparır.