Accessibility links

ABŞ prezidenti Corc Buşun Asiyaya səfərinin ilk dayanacağı Seuldur


ABŞ prezidenti Corc Buşun Asiyaya səfərinin ilk dayanacağı olan Seulda təhlükəsizlik tədbirləri gücləndirilib, şəhərin hər tərəfinə polis yerləşdirilib. Amerika əleyhinə şüarlar bağıran minlərlə cənubi koreyalı ABŞ-dan mal əti ixracının bərpasına etiraz edərək nümayiş keçirib. Polis 12 fəalı həbs edib və nümayişçiləri dağıtmaq üçün təzyiqli sudan istifadə edib. Bununla belə, etiraz nümayişləri bu yaxınlarda prezident Buşun keçən ay Seula səfərini təxirə salmağa vadar edən zorakı nümayişlərdən daha sakit şəraitdə keçir. Eyni zamanda, bu gün minlərlə cənubi koreyalı prezident Buşu salamlamaq üçün nümayişlər keçirib.

Cənab Buş və Cənubi Koreya prezidenti Li Myunq-Bak bu gün keçirəcəkləri danışıqlarda ticarət və Şimali Koreyanın nüvə silahı proqramını dayandırması məsələlərini müzakirə edəcəklər. Cənubi Koreyadan sonra ABŞ prezidenti Tailand və Çinə səfər edəcək.




XS
SM
MD
LG