Accessibility links

Suriya prezidenti Bəşar Əl-Əsəd Türkiyənin baş naziri ilə görüşəcək


Bu gün Suriya prezidenti Bəşar Əl-Əsədlə Türkiyənin baş naziri Rəcəb Təyyip Ərdoğan Türkiyənin sahil şəhərində görüş keçirməlidir. Bildirildiyinə görə, müzakirələr regional sülh səylərinə həsr ediləcək. Türkiyə, İsrail və Suriya arasındakı müzakirələrə vasitəçilik edir. Danışıqlar İsrailin 1967-ci ildə zəbt etdiyi Qolan təpələri ilə bağlıdır.
Bu arada İsrailin baş naziri Ehud Olmert Fələstin prezidenti Mahmud Abbasla sabah Qüdsdə görüş keçirib, İsrailin yoxlanış məntəqələri, fələstinli məhbusların taleyi kimi daimi statuslu məsələləri müzakirə edəcək.

XS
SM
MD
LG