Livan hökuməti üç həftə davam edən qızğın debatlardan sonra Hezbullahın silahlarını və mübahisəli sərhəd bölgələrdə İsrailə qarşı müqavimətini saxlamsına dair razılıq əldə edib. 30 üzvlü kabinet razılığı yekidlliklə təsdiq edib. Livanın Orient Le Jor qəzetinin ictimai narazılığa dair “Nəhayət” başlığı altında dərc etdiyi məqalə siyasətçiləri bu debatlara vadar etmişdi. Bəzi siyasi liderlər hökumətin Hezbullahın tələblərinə baş əydiyindən şikayətlənir, bəziləri isə bu addımın konsensus yaradılması üçün atıldığını deyir. Yeni hökumətin bu qərarı həm İstail, həm də ABŞ-ın narazılığı ilə qarşılanıb.