Accessibility links

Aleksandr Soljenitsin bu gün dəfn edildi


Nobel mükafatı laureatı, Sovet hökuməti əleyhinə yazılarına görə sürgün edilən Aleksandr Soljenitsin bu gün Moskvanın 16-cı əsrdə təməli qoyulmuş Donskoy Monastır tarixi qəbristanlığında dəfn edilib. Aleksandr Soljenitsin bazar günü 89 yaşında vəfat edib. Yüzlərlə insanın iştirak etdiyi dəfn mərasimində Rusiya prezidenti Dmitri Medvedev də iştirak edib. Dəfn mərasimi hərbi orkestr və fəxri qaravulun müşayiəti ilə keçirilib.

Dünən Aleksandr Soljenitsinlə vidalaşmağa gələn baş nazir Vladimir Putin mərhumun həyat yoldaşı və oğlanlarına baş sağlığı verib.

XS
SM
MD
LG