Accessibility links

Rusiya Gürcüstan və Cənubi Osetiyanı qarşıdurmanı dayandırmağa çağırıb


Rusiyanın Xarici İşlər Nazirliyi Gürcüstan və Cənubi Osetiyanı qarşıdurmalara son qoymağa çığırır. Nazirliyin çağırışları Cənubi Osetiyanın paytaxtı Tsxinvalinin cənub-qərbindəki Nuli kəndi yaxınlığındakı atəş mübadiləsindən sonra edilir. Separatistlər atışmaya görə Gürcüstan qüvvələrini günahlandıraraq, bir neçə zirehli maşına ziyan dəydiyini bildirirlər. Gürcüstan rəsmiləri isə Cənubi Osetiya tərəfini günahlandırır. Son indisentd Gürcüstan, Rusiya və Cənubi Osetiya rəsmiləri arasında keçiriləcək danışıqlar ərəfəsinə təsadüf edir. Cənubi Osetiya rəsmisinin danışqılarda iştirak edib-etməməsi bəlli deyil.

XS
SM
MD
LG