Accessibility links

Rusiya rəsmiləri "Çernovik" qəzetinə qarşı cinayət işi açıb


Rusiyanın hüquq-muhafizə orqanları, rəsmilərin adlandırdıgı kimi, nifrət və ekstremist fəalliyyətlə məşgul olmaq ittihamı ilə Dağıstanda bir qəzətə qarşı cinayət işi açıblar. Müstəntiqlər “Çernovik” qəzetinin redaktoru Nadirta İsayevanı öldürülmüş millitant Rappani Xalilovun bəyanatlarını çap etməkdə təqsirli bilirlər. Onlar bildirirlər ki, onun məqaləsi terroçuları qəhrəman edir, halbuki onların yaxşı təşkil edilmiş siyasi qüvvə olmasına baxmayaraq, rəsmilər onları təcrid olunmuş kriminal qruplar kimi təsvir edirlər. RIA-Novosti həmçinin müstəntiqlərdən sitat gətirir və bildirir ki, onlar İsayevanı əsassız bəyanatlar verməkdə ittiham edirlər və bu bəyanatların bütün Şimali Qafqazı Rusiya hakimiyyətinə qarşı "silahlı müqavimət" gostərməyə cəlb olunduğunu təsvir etdiyini deyirlər. Öz tərəfindən İsayeva “Exo Moskvı” radiostansiyasına bildirib ki, o, bu yaxınlarda Dağıstanda aparılan əks-terror əməliyyatı zamanı polisin içində kimlərin oldugunu yoxlamadan evə atəş açması barədə məlumat verib. O yazıb ki, bu cür hərəkət əsasən müsəlmanlardan ibarət olan ərazidə gərginliyi artırır.

XS
SM
MD
LG