Accessibility links

Gürcüstan qüvvələri ilə separatçılar arasında döyüşlər intensivləşir


Gürcüstanın Cənubi Osetiya regionunda Gürcüstan və Rusiyanın dəstəklədiyi separatçıları arasında irimiqyaslı döyüşlər olduğu bildirilir. Həm Gürcüstan hökuməti, həm də separatçılar bugünkü döyüşləri təsdiq ediblər. Toqquşma tərəflər arasında Cənubi Osetiya paytaxtı Tsxinvali və ətrafındakı kəndlərdə baş verən ən ağır qarşıdurmadır. Bu gün erkən saatlarda separatçılar Gürcüstan artileriyasını gecə yarı Tsxinvalini atəşə tutmaqda ittiham edib. Tərəflər bir-birini son döyüşlərə təhrikçilikdə ittiham edir. Separatçılar azı 20 nəfərin yaralandığını bildirir. Bununla yanaşı, Rusiya rəsmisi Yuri Popov Tbilisi hökumətinin və separatçıların nümayəndələri ilə danışıqlar aparmaq üçün Gürcüstan paytaxtındadır.

XS
SM
MD
LG