Accessibility links

Olimpiya məşəli Pekinin tarixi Böyük divarı boyu gəzdirilib


Minlərlə insan bu gün Olimpiya məşəlinin Pekinin tarixi Böyük divarı boyu gəzdirilməsini izləyib. Məşəlin gəzdirilməsi də Çinin Olimpiya oyunlarına ev sahibliyi etməsi kimi həm qürur, həm də etiraz hissləri doğurmuşdur.

Çin rəsmiləri bu gün Tyananmın meydanında ikinci gündür etiraz edən xristian insan hüquqları fəalını saxlayıblar. Dünən rəsmilər Tibet tərəfdarı dörd xarici ölkə vətəndaşını ölkədən çıxarmışdır.

Olimpiadada iştirak edən 40-dan çox idmanlı Çin hökumətini Tibet məsələsinin dinc yolla həlli və fundamental insan hüquqlarına hörmət edilməsinə çağıran məktuba imza atıblar.

XS
SM
MD
LG