Accessibility links

Soçidə parlayış 2 nəfərin həyatına son qoyub


Rusiya rəsmilərinin bildirdiyinə görə, Qara dəniz sahilindəki kurort şəhəri Soçidə partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb. Soçinin Lazarevskoye məhəlləsinin çimərliyində baş verən bugünkü partlayış bir qadın və bir kişinin həyatına son qoyub. Yaralananlar arasında Soçiyə istirahətə gələn 8 yaşlı uşaq da var. Çimərliyi dərhal boşaldan yerli rəsmilər təhqiqat başladıblar. Hücum regionun yatırımlarına nəzarət etmək üçün oraya öz nüməndəsini göndərməyi planlaşdırmış Rusiya prezidenti Dimitri Medvedevin diqqətini cəlb edib. Soçi 2014-cü ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Hökumət Olimpiya oyunları qabağı kurort şəhərinə 10 milyon dollar yatıracağına söz verib.

XS
SM
MD
LG