Accessibility links

Pekində bir amerikalı qətlə yetirilib


Pekin rəsmilərinin sözlərinə görə, bir çinli iki amerikalıya hücum edərək onlardan birini qətlə yetirib. ABŞ Olimpiya Komitəsindən Darril Seybel bildirib ki, bu iki nəfərin Amerikanın kişilərdən ibarət voleybol komandasının baş məşqçisi ilə qohumluq əlaqələri var. Ancaq o əlavə edib ki, onların ABŞ komandası ilə əlaqələri olduğuna görə hücuma məruz qaldığına inanmır. Verilən məlumata görə, qatil XIV əsrdə inşa edilmiş məşhur turist ziyarətgahı olan Dram Qalasında iki amerikalı və onun çinli bələdçilərini bıçaqlayıb. 47 yaşlı qatil Tanq Youngming bir amerikalı kişini qətlə yetirib və iki qadını yaraladıqdan sonra özünü qaladan ataraq intihar edib. Ağ Ev bildirib ki, Olimpiya Oyunlarında tamaşaçı kimi iştirak edən ABŞ prezidenti Corc Buşa hadisə ilə bağlı məlumat verilib və dövlət başçısı onların ailələrinin kədərlərinə şərik olduğunu bildirib.

XS
SM
MD
LG