Accessibility links

Pakistanda yaraqlılar polis məntəqəsinə hücum edib


Pakistanın şimal-qərbində yaraqlılar 8 polis zabitini qətlə yetiriblər. Polisin bildirdiyinə görə, silahlılar keçmiş kurort zonası Svat Vadisi yaxınlığındakı Şimal-Qərb Sərhəd Vilayətinin Bunir Məhəlləsində polis yoxlanış məntəqəsinə hücum edib. Yaraqlıların sözçüsü bugünkü hücumu təsdiq edib. Polisin bildirdiyinə görə, yaraqlılar may ayında vilayət liderləri ilə Taliban yönümlü yaraqlılar arasında sülh razılaşmasının əldə olunmasına baxmayaraq zorakıların artdığı Svat vadisindən gəliblər. Yaraqlılar hökumətin razılaşmanı pozduğunu iddia edərək hücumları iyulda bərpa ediblər. Pakistanın digər şimal-qərb hissəsi Bajaur ucqar regionunda rəsmilər Taliban yönümlü yaraqlılara qarşı döyüşləri davam etdirir.

XS
SM
MD
LG