Accessibility links

Əfqanıstanda 20 Taliban yaraqlısı qətlə yetirilib


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, ölkənin qərbində 20 Taliban yaraqlısı qətlə yetirilib. Vilayətin polis rəisi Xəlilullah Rəhmani deyib ki, ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin müşaiyət etdiyi əfqan ordusu Fərəh vilayətində yaraqlılarının hücumuna məruz qaldıqdan sonra cavab veriblər. Koalisiyanın sözçüsü yaraqlılar tərəfindən kiçik silahlardan atəşə tutulduqdan sonra hava hücumu həyata keçirildiyini təsdiq edib. ABŞ hərbi qüvvələrinin rəsmiləri qətlə yetirilən yaraqlıların sayını təsdiq edə bilməyib, lakin Amerika əsgərlərinin tələfat vermədiyini deyiblər.

Bununla yanaşı, ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri şərqdə yerləşən Paktika vilayətində bir neçə yaraqlının qətlə yetirildiyini bildirib.

XS
SM
MD
LG