Accessibility links

Pekin Olimpiyadasında Azərbaycan ilk medalını qazanıb


Pekin Olimpiya Oyunlarında amerikalı üzgüçü Maykl Felps 8 qızıl medal uğrunda mübarizəsini davam etdirdiyi bir vaxt üzgüçülük üzrə 4 növdə dünya rekordu təzələnib. Pelps və onun amerikalı komanda yoldaşları sərbəst üsulla 4 nəfərli 100 metrlik üzgüçülük növü üzrə keçmiş dünya rekordçusu Yason Lezakın göstəricisini qabaqlaya bilib. Yeni rekordun əldə olunduğu yarışı ABŞ prezidenti Corc Buş da izləyib. Azərbaycan komandası da bu gün aktivinə ilk qızıl medalı yazmağa müvəffəq olub. Belə ki, həmyerlimiz Elnur Məmmədli cüdo üzrə kişilər arasında 73 kiloqram çəki dərəcəsində kürsünün ən yüksək zirvəsinə qalxıb.

XS
SM
MD
LG