Accessibility links

Con Makkeyn Təhlükəsizlik Şurasını Rusiyaya qarşı qətnamə qəbul etməyə çağırıb


ABŞ prezident seçkilərində respublikaçı namizəd Con Makkeyn BMT Təhlükəsizlik Şurasını Rusiyanın Gürcüstana hücumlarını qınayan qətnamə qəbul etməyə çağırıb. Bu gün ABŞ-ın Pensilvaniya ştatında kampaniyasını davam etdirən Con Makkeyn habelə NATO-nun məsələ ilə bağlı təcili iclasının keçirilməsinə səsləyib. O deyib ki, diplomatlar döyüşlərin getdiyi Cənubi Osetiyaya beynəlxalq sülhümühafizə qüvvələrinin göndərilməsi məsələsini müzakirə etməlidir. Con Makkeynin sözlərinə görə, Gürcüstanda demokratiya və ölkənin müstəqilliyi məsələləri ortaya atılıb.

Havay adalarında istirahət edən demokrat namizəd Barak Obama bundan öncə açıqladığı bəyanatda Gürcüstanın suverenliyinin qorunması üçün ciddi diplomatik addımın atılmasına çağırıb.


XS
SM
MD
LG