Pakistan
prezidenti Pərviz Müşərrəfin sözçüsü bildirib ki, hakim koalisiyanın prezidenti
impiçment etmək planlarını müzakirə etdiyi bir vaxt lider istefa verməyəcək.
Sözçü Rəşid Qureşi prezidentin mümkün
impiçmentdənsə istefaya üstünlük verdiyi barədə şayiələri bu gün yenidən təkzib
edib. Hakim koalisiya bildirir ki, onlar prezidentə qarşı impiçment
ittihamlarının siyahısını hazırlayır. Bu gün habelə Pakistan Xalq Partiyasının
sözçüsü Şerri Rəhman deyib ki, ölkənin 4 vilayət şurasının prezidentə etimad
səsverməsinin keçirilməsi çağırışları üzərində işləyir. Qeyd edək ki, keçən
həftə koalisiya liderləri cənab Müşərrəfin impiçmentinə çalışacaqlarını bəyan
ediblər.