Accessibility links

Təhlükəsizlik qüvvələri Kəşmirdə nümayişçilərə qarşı atəş açmışlar


Bu gün Hindistanın nəzarətindəki Kəşmirdə təhlükəsizlik qüvvələrinin etiraz aksiyası keçirən müsəlman separatçılarına qarşı atəşi nəticəsində azı 10 nəfər qətlə yetirilib. Ölənlərədn 3-nün Kəşmirin paytaxtı Sginaqardan 60 km məsafədə yerləşən Bandipora şəhərində, qalanlarının isə Sginiqarın cənubunda və Jammuda nümayışlər keçirdikləri zaman qətlə yetirildikləri bildirilir. Qeyd edək ki, bu gün davam edən etiraz aksiyalarının səbəbi dünən Kəşmirin separatçı lideri Şeyx Əzizin və digər 3 nəfərin Hindistan hərbi qüvvələri tərəfindən qətlə yetirilməsidir.

Kəşmirin separatçı liderlərinin təşkil etdikləri nümayişlər Hindu ekstremistlərin Himalay regionunu iqtisadi blokadaya almasına qarşıdır.

XS
SM
MD
LG