Accessibility links

Gürcüstanın BMT-dəki səfiri İrakli Alasania Amerikanın səsinə müsahibə verib


Gürcüstanın BMT-dəki səfiri İrakli Alasania Rusiyanın Gürcüstan ərazisində hərbi əməliyyatların dayandırılması göstərişinə baxmayaraq, Gürcüstan ərazilərinin hələ də Rusiya tərəfindən hücumlara məruz qaldığını deyib. O, bir neçə saat bundan əvvəl Qori şəhərində Ryusiyanın bombardmanı nəticəsində hollandiyalı jurnalistin öldürülməsi ilə bağlı təəssüf hissi keçirdiyini bildirib. Səfir Alasania Rusiyanın sözləri ilə əməlləri arasında böyük fərq olduğunu deyib və Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasında Gürcüstanın Xarici İşlər Nazirliyinin iki gün əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinə atəşkəs təklifi irəi sürüldüyünü inkar etməsinu buna misal göstərib. Gürcüstanın BMT-dəki səfiri İrakli Alasania deyib ki, atəşkəsdən sonrakı böyük narahatlıq Gürcüstan ərazilərinin işğalıdır. O, hazırkı durumu bütün beynəlxalq qaydalara zidd olduğunu deyib. Səfir deyib ki, müzakirələr davam etdirilməlidir, lakin bu beynəlxalq ictimaiyyətin təzminatı ilə həyata keçirilməlidir. Gürcüstanın BMT-dəki səfiri deyib ki, bu gün müvəffəq olmalı daha bir sahə var ki, bu da Gürcüstanın bu iki ayrılıq tərəfidarı ərazisində atəşkəs əldə edilməsi, bu regionların hərbisizləşdirilməsi və bu iki münaqişə zonasında beynəlxalq müşahidəçiliyin təminat altına alınmasıdır.

XS
SM
MD
LG